Azərbaycan-Fransız Universitetində (UFAZ) 1-ci Beynəlxalq elmi konfrans keçiriləcək. Tədbir UFAZ-ın əsas tərəfdaşları olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Universiteti, habelə Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində reallaşacaq.
30 noyabr - 1 dekabr 2021-ci il tarixlərini əhatə edən konfransın əsas qonağı Strasburq Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Jean-Marie Lehn olacaq.
2 gün davam edəcək elmi konfrans kimya, kompüter elmləri və yer elmləri sahəsində 3 fərqli mövzü üzrə müxtəlif məsələlərə həsr ediləcək.
Tədbirin sonuncu günü sənaye müəssisələrinin nümayəndələri ilə işgüzar panel təşkil olunacaq.
Elmi konfransda həmçinin, gənc alim və tədqiqadçılara öz təqdimatları ilə çıxış etmək imkanı yaradılacaq.
UFAZ-ın 1-ci Beynəlxalq elmi konfransı universitetdə yeni yaradılmış Tədqiqat Departamentinin fəaliyyətinə də dəstək verəcək.