Paytaxt məktəbliləri Bakıda Xəzər və Qara dəniz ölkələri arasında keçirilən Karate üzrə Beynəlxalq Turnirdə yüksək nəticələr əldə ediblər.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 328 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sevinc Salayeva və IV sinif şagirdi Arif Salayev qalibiyyət uğrunda əzmkar mübarizə apararaq, mükafatçılar sırasına düşüblər. Turnirin nəticələrinə görə S.Salayeva I, A.Salayev isə II yerə layiq görülüb.
Qalib məktəblilər diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, bu, məktəblilərin ilk uğuru deyil. Onlar mütəmadi olaraq ölkə və beynəlxalq səviyyəli yarışlarda parlaq nəticələr əldə edirlər.