Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən IV Respublika fənn müsabiqələrinin nəticələri elan olunub. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 155 nəfər qalib sayılıb. Nəticədə Ağstafa şəhər texniki-humanitar təmayüllü liseyin 7-ci sinif şagirdi Samir İbrahimov və Dağ Kəsəmən 2 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nərmin Paşayeva bürünc  medal  qazanıblar.

 

Müsabiqə 2 mərhələdə təşkil olunub. Birinci mərhələdə 60 faizdən yüksək nəticə göstərən şagirdlər final mərhələdə iştirak etmək hüququ qazanıb. İkinci mərhələdə riyaziyyat fənni üzrə 534, fizika fənni üzrə 350, kimya fənni üzrə 136, biologiya fənni  üzrə 208, informatika fənni üzrə 135 nəfər olmaqla 1363 şagird iştirak edib.