Azərbaycan Texnologiya Universitetində (UTECA) əmək haqları artırılıb. Bununla bağlı ali məktəbin Elmi Şurasının iclasında qərar verilib. Qərara əsasən, professor və müəllimlərin vəzifə maaşlarına edilən 40% artım noyabr ayından etibarən tətbiq olunacaq.
UTECA-nın rektoru, professor Akif Süleymanovun sədrliyilə keçən Elmi Şuranın iclasında universitetin qış mövsümünə hazırlıq vəziyyəti, strateji planın işlənməsi üzrə işçi qrupun hesabatı dinlənilib, bir sıra tədris vəsaitləri təsdiq edilib, əməkdaşlardan Afət Qasımovanın dosent elmi adı alması üçün AAK qarşısında vəsatətin qaldırılması və digər məsələlərlə bağlı qərarlar verilib.