Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanılıb.
Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi tərəfindən təşkil olunan təlimlərin məqsədi tədqiqatçılarımıza Ermənistan mətbuatını mütəmadi izləmək, Ermənistanın mövcud iqtisadi durumu və gələcək vəziyyəti ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etmək, həmçinin bu dildəki elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq, eləcə də analitik təhlil materialları hazırlamaq, elmi məqalələrlə çıxış edərək dünya ictimaiyyətini məlumatlandırmaq imkanı yaratmaqdan ibarətdir.
Təlim kurslarının 6 ay davam etdirilməsi nəzərdə tutulub.
Bu barədə UNEC-dən bildirilib.