Azərbaycan Texniki Universitetində (AzTU) Avropa Birliyinin Erasmus+ LMQS “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində monitorinq keçirilib.
Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovun rəhbərlik etdiyi monitorinqdə ölkəmizdən olan bütün yerli tərəfdaşlar, AzTU-nun Biotibbi texnologiya mühəndisliyi, İ.M. Seçenov adına Moskva Birinci Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsi, Nüvə Təbabəti mərkəzi iştirak edib.
Görüşdə AzTU-nun professoru Həsən Hüseynov həyata keçirilən işlər barədə danışıb və gələcək perspektivlər haqqında məlumat verib. Milli Erasmus+ Ofisinin monitorinq və təşviqat üzrə əməkdaşı Zəfər Həsənovun layihə ilə bağlı sualları cavablandırılıb.
Xatırladaq ki, layihənin monitorinqində NDU-nun xarici dillər fakültəsi Roman-german dilləri kafedrasının baş müəllimi Əzizə Əliyeva və tibb fakültəsinin dosenti, universitet xəstəxanasının baş həkimi, həkim-pediatr Elmar Rzayev iştirak edib. Görüş zamanı yerli tərəfdaşlar arasında layihə ilə bağlı fikir mübadiləsi aparılıb və bir sıra məsələlər müzakirə olunub.