Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal rayon Dövlət Yanğından Mühafizə hissəsi və Bakı Regional mərkəzin Yasamal rayon Mülki müdafiə şöbəsinin əməkdaşları tərəfindən fövqəladə hallar zamanı insanların təxliyyə olunması, yanğının söndürülməsi mövzusunda maarifləndirmə təlimi keçirilib.


Tədbirdə ADMİU-nun prorektorları, bölmə rəhbərləri, dekanlar, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.


Universitetin  prorektoru, professor Gülşən Əliyeva-Kəngərli ali məktəbin uzun illərdir nazirliklə qarşılıqlı əməkdaşlıq etdiyini, bu cür təlimlərin, praktik məşğələlərin mütəmadi şəkildə keçirildiyini vurğulayıb.


Bakı Regional Mərkəzi rəisinin müavini, polkovnik Vüqar Ağayev, Bakı Regional Mərkəzi, Mülki müdafiə idarəsinin rəisi, polkovnik Yolçu Yolçuyev, Yasamal rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik, leytenant İlqar Səfərovun iştirakı ilə keçirilən tədbirdə əməkdaşlar çıxış edərək istənilən kollektivin, xüsusilə də təhsil müəssisəsinin hər hansı fövqəladə vəziyyətin qarşısını almaq üçün daim hazırlıqlı olmasının əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, fövqəladə hallar zamanı insan təlafatının və dəyə biləcək maddi itkilərin miqyasının minimuma endirilməsi üçün məlumatlı olmaq, bu cür hallarda hərəkət qaydalarını bilmək çox önəmlidir.
Tədbirdə yanğın, zəlzələ, torpaq sürüşməsi və suda təhlükəsizliklə bağlı məlumatlandırıcı video slaydlar nümayiş olunub.


Həmçinin, FHN-in əməkdaşları Azərbaycanın 2020-ci ildə apadığı 44 günlük müharibədən də söz açıb, nazirliyin müharibə zamanı gördüyü təhlükəsizlik tədbirlərindən danışıblar.


Daha sonra tədbir iştirakçılarının sualları cavablan