Oktyabrın 19-da təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

 

Görüşdə Təhsil Nazirliyi ilə BMT-nin ölkəmizdəki Nümayəndəliyi arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.