Macarıstanın Pecs və Miskolç universitetlərinin nümayəndə heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
ADNSU-nun Beynəlxalq Əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə beynəlxalq əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova xarici ali məktəblərlə qurulan əlaqələrdən danışıb.
Görüşdə mövcud və gələcək əməkdaşlıq üzrə danışıqlar aparılıb, həmçinin birgə layihələrin işlənib -hazırlanması müzakirə olunub.
Macarıstanın Azərbaycandakı səfirliyinin Təhsil və Mədəniyyət üzrə müşaviri Mihay Qruber çıxış edərək, Macarıstan universitetləri ilə birgə əməkdaşlıq üçün perspektivlərin olduğunu bildirib.
Miskolç Universitetinin beynəlxalq əlaqələr üzrə direktoru Kristina Sandor və Pecs Universitetinin beynəlxalq əməkdaşlıq üzrə koordinatoru Qabor Czeh universitetlər arası münasibətlərin əhəmiyyətindən danışıb, müəllim-tələbə mübadiləsi, həmçinin ikili diplom proqramları sahəsində əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.