Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) çərçivəsində Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramına (TCP) dair təlimlər başlayıb.

“Ferrero” şirkəti ilə birgə əməkdaşlıq əsasında yerinə yetirilən təlimlər üzrə ilk sessiya ADAU-nun yeni tədris korpusunda baş tutub.

Fındıqçılıq sahəsinin Azərbaycanda daha da inkişaf etdirilməsi və ixracatı ilə bağlı nəzərdə tutulmuş Texniki Sertifikat Proqramında 34 nəfər aqronomluq ixtisasının tələbə və məzunları iştirak edir. Proqram çərçivəsində təlimlərin növbəti 5 həftə sonu ərzində Gəncə, Quba, Qəbələ və Zaqatala rayonlarında keçirilməsi planlaşdırılır.



Təlim ənənəvi üsulla yanaşı, onlayn formada da keçirildiyi üçün iştirakçılar sayca çoxluq təşkil edib.



Sonda iştirakçılarla mütəxəssislər arasında debat baş tutub.



Qeyd edək ki, təlimlərin iştirakçıları proqramın sonunda imtahan verərək beynəlxalq sertifikat alacaqlar. Növbəti sessiya 30 - 31 oktyabr tarixlərində yenidən ADAU-da təşkil olunacaq.