Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Yer elmləri ixtisası üzrə magistratura pilləsi tələbələrinin İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində sahə təcrübəsi start götürüb.

 

Sahə təcrübəsindən bir neçə gün əvvəl UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, Tədris departamentinin rəhbəri Lətifə Nəsibova, Azərbaycan Milli Elmlər Akademiyası  Geologiya İnstitutunun Geotektonika və regional geologiya departamentinin rəhbəri Tələt Kəngərli, Geologiya elmləri üzrə fəlsəfə doktoru Şəfəq Bayramova, UFAZ-ın Geologiya ixtisası üzrə koordinatorları- Clara Jodry və Elşən Abdullayev, Strasburq Universitetindən dəvət olunmuş müəllimlər- Cecile Robin və Marc Jolivet əraziyə səfər edib, təcrübə keçiriləcək sahələri müəyyənləşdiriblər.

 

UFAZ master tələbələrinin sahə təcrübəsi 5 gün davam edəcək. Proqramın məqsədi tələbələrin qazandıqları elmi və nəzəri bilikləri praktik olaraq tətbiq etməkdir.

 

Sahə təcrübəsində UFAZ-ın 15 tələbəsi iştirak edir.