Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən növbəti dəfə təqdirəlayiq addım atılıb. Belə ki, cəmiyyətdə mütaliəni artırmaq, hərbi hissələrdə əsgər və zabit heyətinin asudə vaxtlarının səmərəli təşkili, şəhid və qazi ailələri ilə daimi olaraq qarşılıqlı diskussiyanı təmin etmək məqsədi ilə həyata keçirilən “Oxu-qazan” layihəsinə MEK-in fondundan 30-a yaxın 11 adda kitab hədiyyə edilib.

 

Qeyd edək ki,  “Oxu-qazan” layihəsi Müdafiə Nazirliyinin dəstəyi ilə “İnnovativ təşəbbüslər” İctimai Birliyi tərəfindən həyata keçirilir. Aksiya çərçivəsində təqdim olunan bədii, tarixi və vətənpərvərlik mövzularını əhatə edən nəşrlər oxucularda dərin maraq yaradacaq.

 

Məlumat üçün bildirək ki, MEK  AMEA-nın müəssisələrinə, kənd orta məktəbləri və universitet kitabxanalarına, diaspor təşkilatlarına və digər qurumlara mütəmadi olaraq dəyərli nəşrlər hədiyyə edir.