Sentyabrın 30-da təhsil naziri Emin Əmrullayev Belarus Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.


Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişafı, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.