Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibəti ilə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sahil bağında ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon icra hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, şəhid ailələri, qazilər iştirak ediblər.

        

Aksiyada ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, ümumi işlər üzrə prorektor Tural Cəlilov və universitetin struktur rəhbərləri şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq tər fidanlar əkiblər.