Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” adlı müsabiqəsi yekunlaşıb.

 

7 tibb fakültəsi və 11 tibb kollecindən 1418 tələbənin iştirak etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.

 

Azərbaycan Tibb Universitetinin tələbələrindən I müalicə profilaktika fakültəsinin tələbəsi Cavid Mustafazadə ölkə üzrə 1-ci yerə, ictimai səhiyyə fakültəsinin tələbələri Aytən Əlihüseynli, Gülay Vəlizadə, Məltəm Sahratlı, II müalicə profilaktika fakültəsindən Ədalət Gəncəli, hərbi tibb fakültəsindən Qüdrət Məmmədov müvafiq olaraq fakültələr üzrə 1-ci yerə layiq görülüblər.

 

Sonda tələbələrə diplom, hədiyyə və sertifikatlar təqdim olunub.

 

Müsabiqə, eyni zamanda tələbələrə ÜST texnikalarından istifadə edərək infeksiyaların profilaktikasına dair biliklərini artırmaqda yardımçı olub.