Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “AzGP Engineering” MMC şirkətinin nümayəndələri, geofiziklər Parisə Zabolestani  və Əvəz Məmmədov ilə görüş olub.

 

Görüşdə UFAZ-ın Elmi-Tədqiqat departamentinin rəhbəri Philippe Turek, Tədris departamentinin müdiri Lətifə Nəsibova, Yer elmləri və geologiya ixtisasları üzrə koordinatorlar Clara Jodry və Elşən Abdullayev iştirak edib.

 

Görüş zamanı “AzGP Engineering” MMC-nin fəaliyyət sahələri barədə məlumat verilib və UFAZ-la mümkün əməkdaşlıq perspektivləri, o cümlədən  məzunların təcrübə və gələcək məşğulluq, habelə tədris prosesində sahə ekskursiyaları imkanları müzakirə edilib.