Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov Poltava şəhərində (Ukrayna) keçirilən “İstehsal.Quyuların əsaslı təmiri. İntensivləşmə” adlı VIII Beynəlxalq Sənaye Forumunda iştirak edib.
Forumun açılışında çıxış edən ADNSU nümayəndəsi rektor, professor Mustafa Babanlı adından iştirakçılara uğurlar arzulayıb. Prorektor birgə nailiyyətlərdən danışıb, xüsusilə neft-qaz sektorunda gələcək əməkdaşlığın istiqamətlərini açıqlayıb.
Qeyd edək ki, ADNSU 2017-ci ildən forumun təşkilatçısı olan Poltava Politexnik Milli Universiteti ilə əməkdaşlıq edir. Əməkdaşlıq müqaviləsi imzalanan müddətdən bəri birgə bir sıra tədbirlər keçirilib, tələbə mübadiləsi aparılıb. Poltava Politexnik Milli Universitetində Ukrayna-Azərbaycan Mərkəzi fəaliyyət göstərir.