Lənkəran Dövlət Universitetində Azərbaycan aşıq sənəti, milli aşıq poeziyası tarixində şərəfli yer tutan ustad sənətkarlardan Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü münasibətilə tədbir keçirilib.

 

Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşəbbüsü ilə onlayn  keçirilən elmi seminarda kafedranın müdiri, dosent Elşad Səfərli el sənətkarının anadan olmasının 200-cü ildönümünün təntənəli şəkildə qeyd edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamdan danışıb, bunu xalq aşığına verilən böyük dəyər adlandırıb.

 

E.Səfərli “Aşıq Ələsgər yaradıcılığında sufilik” mövzusunda təqdim etdiyi  məruzəsində xalq sənətkarının fəlsəfi düşüncələrindən, elmi-əxlaqi dünyagörüşündən bəhs edib.

 

Tədbirdə universitetin dosentlərindən Qədim Rufullayev “Aşıq Ələsgərin aşıq yaradıcılığında mövqeyi”,  Abid Tahirli “Aşıq Ələsgər yaradıcılığı və milli-mənəvi dəyərlər müasir dövrdə”,  Könül Dənziyeva “Aşıq Ələsgərin lirikası”, Elman Mirzəyev “Aşıq Ələsgərin dili və Azərbaycan şivələri”, baş müəllim Mehman Əliyev “Aşıq Ələsgər irsi irfani kontekstdə”, doktorant və dissertantlardan Esmira İsmayılova “Aşıq Ələsgər yaradıcılığının mövzu dairəsi”, Vüsalə Cavadova “Aşıq Ələsgər yaradıcılığında təbiət təsvirləri”, Dəyanət Əsgərov “Aşıq Ələsgər yaradıcılığında xəlqilik”, Leyla İbrahimova isə “Aşıq Ələsgər Azərbaycan ədəbiyyatşünaslığında” mövzularında çıxış ediblər.

 

Diskussiya şəraitində keçən tədbirdə A.Ələsgər yaradıcılığının müasir dövrdə təbliği, tədrisi məsələlərinə də toxunulub.