Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunda 2021-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahan sədri institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov olmaqla, 5 komissiya üzvü tərəfindən qəbul edilib.
5 ixtisas üzrə iştirak edən 7 iddiaçının hər biri imtahanı uğurla başa vurub.
İmtahanda AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri, dosent Ələddin Məlikov və Doktorantura sektorunun müdiri Tubu Qasımzadə iştirak edib.