Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universitetinin vitse-prezidenti, UFAZ-ın elmi eksperti və koordinatoru, professor Jean-Marc Planeix ilə ali məktəbin pedaqoji kollektivinin görüşü olub.
Görüşdə yeni tədris ilində gündəlikdə duran məsələlər, yerli müəllimlərin peşəkarlığının artırılması istiqamətində görülən işlər, yeni layihələr və təşəbbüslər barədə müzakirələr aparılıb. Jean-Marc Planeix tələbələrin gələcəkdə iş tapmasına dəstək olmaq üçün müəllimləri onların bacarıqlarını üzə çıxarmağa yardım etməyə səsləyib. O, həm də qlobal trendlərə uygun olaraq komanda şəklində çalışmağı tövsiyyə edib.
Görüşün sonunda professor Planeix müəllimlərin suallarını cavablandırıb.