Azərbaycan Texnologiya Universiteti (UTECA) Cənubi Koreyanın Honam Universiteti ilə əməkdaşlıq çərçivəsində Koreya Fondu tərəfindən maliyyələşdirilən KF Global E-School layihəsinin icrasına başlayıb.

 

Universitetdən bildirilib ki, layihə çərçivəsində UTECA tələbələri Honam Universitetinin LMS sistemində dərslərə qoşulacaqlar.

 

Honam Universiteti tərəfindən bununla bağlı 3 günlük seminar keçirilib və layihə haqqında geniş məlumat verilib. Layihə çərçivəsində UTECA tələbələrinə Honam Universitetinin sistemində Koreya dili dərslərinə qoşulmaq üçün fərdi iş nömrəsi və parol veriləcək, tələbələr universitetin LMS sistemindən Honam Universiteti tələbələri ilə eynihüquqlu şəkildə istifadə edə biləcəklər.

 

Qeyd edək ki, bu imkanlar UTECA-da turizm sahəsində təhsil alan və xarici dil kimi Koreya dilini seçmiş tələbələr üçün nəzərdə tutulub.