Avropa Birliyinin Erasmus+ LMQS- “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində onlayn görüş  keçirilib.

 

Naxçıvan Dövlət Universiteti (NDU) tibb fakültəsinin renovator qrupunun üzvləri onlayn görüşdə iştirak ediblər.

 

Layihədə peşəkar səhiyyə işçiləri arasında aparılmış tədqiqatların nəticələri, tədqiqatlar əsasında müəyyən olunmuş prioritet bakalavr və magistr peşəsi üçün peşə kartı və. s məsələlər müzakirə olunub.

 

Avropa Birliyinin layihə üzrə baş koordinatoru Yunanıstan Qərbi Attika Universitetinin professoru Panos Yannakopoulos və fransalı konsultant professor Jan Noel Paşu, avropalı ekspert Katalin İlasku iştirakçıların layihə ilə bağlı  suallarını cavablandırıb və ixtisaslı tibbi kadrların artırılması, tədrisdə innovativ metodların tətbiqi məsələləri geniş təhlil edilib.

 

Bu barədə NDU-dan bildirilib.