Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində beynəlxalq mütəxəssis Bruna Alves Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

 

Universitetin rektoru, professor İbrahim Cəfərov FAO təşkilatı ilə ali təhsil müəssisəsinin qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirib. Həmçinin, qonağa universitetin Tələbə evləri, yeni tədris korpusu, ikili diplom proqramları, maddi-texniki bazası barədə ətraflı məlumat verib.
 

Bruna Alves Aqrar Universitetlə tanışlıqdan məmnunluq duyduğunu bildirərək, burada embrion köçürmə laboratoriyasının qurulması üçün əlverişli şəraitin mövcud olduğunu vurğulayıb.
 

Səfər çərçivəsində qonaq ADAU-nun baytarlıq fakültəsi, Süni mayalanma tədris mərkəzi, Anatomiya muzeyi, Heyvandarlıq kompleksi və Tədris-təcrübə təsərrüfatı ilə tanış olub.