Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) daxil olan 1730 abituriyentdən 1500 nəfəri portal.edu.az saytı vasitəsilə onlayn müraciət edib. Onlardan 1294 nəfəri artıq qeydiyyatdan keçib, universitetə qəbul olunması haqqında məlumat abituriyentlərin mobil nömrələrinə göndərilib.

 

Universitetdən bildirilib ki,  qeydiyyat prosesi davam edir, müraciətlərə baxılır, hazırda 50 nəfərin sənədi araşdırılma mərhələsindədir.

          

Məlumat üçün qeyd olunub ki, hər bir abituriyentin müraciətinə fərdi qaydada baxılır, ortaya çıxan çətinliklər operativ aradan qaldırılır, abituriyentlərin qeydiyyatdan keçməsinə yardım göstərilir. Eyni zamanda, universitet  əməkdaşları qeydiyyat prosesində çətinlik çəkən abituriyentlərin elektron poçt vasitəsilə ünvanladıqları sualları da cavablandırırlar.