Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) 2021/2022-ci tədris ilinin doktorantura pilləsinə qəbulun sonuncu mərhələsi üzrə ixtisas imtahanları keçirilib.

 

Universitetdən bildirilib ki, imtahanlarda yeddi ixtisas üzrə 23 namizəd iştirak edib və  iddiaçılar 2 saat ərzində təqdim olunan beş sualı yazılı şəkildə cavablandırıblar.

 

İmtahanların nəticələri barədə məlumat qısa zamanda elan olunacaq.