Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində su bioehtiyatları və akvakultura, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, ekologiya istiqamətləri üzrə növbəti ödənişsiz təkmilləşdirmə kursları start götürüb.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov bildirib ki, dinləyicilər Aqrar Universitetin keçmiş məzunları, müxtəlif özəl və dövlət müəssisələrində çalışan müvafiq ixtisaslar üzrə mütəxəssislərdir. Layihənin məqsədi qeyd olunan istiqamətlər üzrə mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin, ADAU-nun maddi- texniki bazası, xarici əlaqələri, ikili diplom proqramları barədə layihə iştirakçılarına ətraflı məlumat verilib.
Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar. Kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək.