Görüşün birinci bölümündə qrup halında toplaşan məzunlar 5-10 nəfərlik masa arxasında canlı dialoqa girdilər. Ailə qayğılarından, şagird-müəllim münasibətlərindən, pedaqoji mövzuda fikir mübadiləsi etdilər.

 

Sonra öz doğma müəllimlərini xatırlayıb, dünyasını dəyişənlərə Ulu Tanrıdan rəhmət dilədilər.

 

Görüşdə məzunlar  yaddaqalan xoş xatirələrindən söz açdılar. Onlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin auditoriyalarında səsi gələn doğma müəllimlərindən-Himalay Qasımov, Qəzənfər Kazımov, Nizami Xudiyev və Tərlan Novruzovla hər dəfə görüşlərindən məmnun olduqlarını bildirdilər.

 

Tədbirin axırında otuz il əvvəlki xatirələrin işığına toplaşan məzunlar bir-birlərinə “Gələn görüşlərədək”, “Sağlıq olsa görüşərik” - deyib, “ömür karvanı”nın köç etdiyi müxtəlif ünvanlara yollandılar.

 

Allahşükür KƏRİMOV,

məzun, Azərbaycan Jurnalistlər Birliyinin üzvü