Azərbaycan Texniki Universitetində (AzTU) Çankaya Universitetinin dekanı, Prof.Dr. Buket Akkoyunlu ilə görüş keçirilib.

 

Universitetdən bildirilib ki, görüşdə AzTU-nun prorektorları, dekanları, şöbə müdirləri və digər rəsmi şəxsləri iştirak ediblər.

 

Görüş zamanı AzTU-da təhsilin keyfiyyət təminatı və akkreditasiya işləri barədə müzakirələr aparılıb.

 

Qeyd olunub ki, AzTU-da daxili keyfiyyət təminatı sisteminin qurulması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əməkdaşlıq edilir.  Agentlik tərəfindən universitetin əməkdaşları üçün müvafiq istiqamət üzrə maarifləndirici təlimlər təşkil olunur. AzTU-da tədris-metodiki kompleksin monitorinqi və qiymətləndirilməsi mexanizminin yaradılmasının və bu istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd edilib.

 

Daha sonra Çankaya Universitetinin dekanı  Buket Akkoyunlu təhsildə keyfiyyət təminatı və akkreditasiya prosesləri ilə bağlı təqdimatla çıxış edib. O, təqdimat zamanı Türkiyə universitetlərinin müvafiq istiqamət üzrə təcrübəsini bölüşüb.