Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə İtaliyanın Tuscia Universiteti arasında Erasmus+ proqramı çərçivəsində onlayn görüş keçirilib.
Görüşün məqsədi iki ölkə universitetləri arasında mövcud mübadilə proqramları, yüksək potensiallı layihə imkanları, ikitərəfli qarşılıqlı səfərlərin həyata keçirilməsinin müzakirəsi olub.
ADAU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova gələcək əməkdaşlıq imkanları və universitetin maddi-texniki bazası haqqında geniş məlumat verərək, qarşı tərəfin maraq dairəsində olan aqro-qida zəncirinə dair layihə təklifləri irəli sürüb.