Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu və “Elger” Beynəlxalq Elm Mərkəzinin təşkilatçılığı ilə İsveçin Qothenburq Universiteti ilə birlikdə “Qarabağ: Zəfərə gedən yol” mövzusunda XVII Beynəlxalq elmi konfrans keçirilib.

 

Konfransa Azərbaycan, Qazaxıstan, Türkiyə, İsveç, Ukrayna və Rusiyadan  170-dən çox müraciət daxil olub, 95 məqalə elmi heyət tərəfindən dəyərləndirilərək məruzə üçün qəbul edilib və 8 seksiyada elmin bütün sahələri üzrə müzakirələr aparılıb.

 

Tədbirin təşkilatçıları açılışda məruzələrlə çıxış edərək İkinci Qarabağ müharibəsi, bölgədə siyasi, iqtisadi, sosial, ekoloji problemlər barədə qısa məlumat veriblər.

 

Coğrafiya İnstitutunun baş direktoru, dosent Zakir Eminov məruzəsini Qarabağın müasir demoqrafik vəziyyəti və gələcəkdə gözlənilən nəticələrə həsr edib. 

 

Konfransın yer elmləri və coğrafiya bölməsinə həsr olunmuş və moderatoru  Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Zaur İmrani olan  7-ci seksiyada  institut alimlərinin çıxışları dinlənilib.