Azərbaycan Texnologiya Universiteti (UTECA) Koreya Respublikasının Honam Universiteti ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb. Sənədə UTECA-nın rektor vəzifəsini icra edən dosent Yaşar Ömərov və Honam Universitetinin prezidenti Park Sang Choel imza atıb.

 

Memorandum təhsil və tədqiqat sahəsində hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Sənəddə  universitetlər arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

 

Eyni zamanda, UTECA Honam Universiteti ilə birgə Koreya Fondu tərəfindən maliyyələşdirilən layihədə tərəfdaş kimi çıxış edəcək. KF E-school layihəsi çərçivəsində universitetin tələbələrinə 2021-ci ilin sentyabr ayından etibarən Honam Universitetinin əməkdaşları tərəfindən Koreya dilinin tədrisi nəzərdə tutulub.