Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə İsrailin Hebrew Tədqiqat Universiteti arasında onlayn görüş keçirilib.
Görüşdə ADAU-nun dövlət dəstəyi ilə formalaşdırılmış zəngin maddi-texniki bazası, tədqiqat imkanları, 3 dildə tədris, təcrübə mübadiləsinin genişləndirilməsindən bəhs olunub.
Hebrew Universitetinin kənd təsərrüfatı fakültəsinin professor-müəllim heyəti yeganə aqrar təhsil verən ali təhsil müəssisəsi olaraq İsraildə kənd təsərrüfatının və fakültənin inkişafından danışıblar. ADAU ilə əməkdaşlığı, xüsusən də, tədqiqat və tələbə-müəllim mübadiləsinin keçirilməsini müsbət qarşılayıblar.
İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Deek və köməkçisi Doron Peer də görüşə qatılaraq, iki dövlət və iki universitet arasında qurulacaq əlaqələrin inkişafına hərtərəfli dəstək olacaqlarını vurğulayıblar.
Qeyd edək ki, əsası 1918-ci ildə qoyulan , məzunları sırasında İsrailin 4 prezidenti və baş naziri olmuş Hebrew Tədqiqat Universitetində 23000-dən çox tələbə təhsil alır.