Azərbaycan Texnologiya Universitetinin (UTECA) 6 tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniya, İspaniya və Polşa universitetlərində bir semestr müddətində təhsilini davam etdirmək imkanı əldə edib.
Universitetin rektor səlahiyyətlərini müvəqqəti icra edən dosent Yaşar Ömərov tələbələrə təhsillərində müvəffəqiyyətlər arzulayaraq beynəlxalq mübadilə proqramlarının ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını vurğulayıb.
Qeyd edək ki, UTECA hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Almaniya, Rumıniya, Slovakiya, Polşa, və s. kimi ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir.
Almaniya, İspaniya və Polşada təhsil alacaq həmin tələbələrin bütün xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanır.