Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun birgə araşdırmaları nəticəsində "Raman spectroscopy of complex defined media: Biopharmaceutical applications" adlı elmi iş "Journal of Life Sciences and Biomedicine" jurnalında nəşr olunub.
science.gov.az saytının məlumatına görə, tədqiqat işi tibbdə yeni müayinə metodu olan Raman spektroskopiyaya həsr olunub.
Qeyd edək ki, mamalıqda Raman spektroskopiya metodunun tətbiqi dünyada ilk dəfə olaraq ETMGİ-nin və Fizika İnstitutunun alimləri tərəfindən həyata keçirilib.
Elmi işlə bu link vasitəsilə tanış olmaq mümkündür.