Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri professoru, sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının dosenti Mahmud Quluzadənin “İnsan amili və Azərbaycan Respublikası qeyri-neft sektorunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi” monoqrafiyası çapdan çıxıb.

 

Monoqrafiyada insan amili, iqtisadi inkişaf və sosial problemlərin uğurlu həllində qeyri-neft sektorunun fövqəladə əhəmiyyətindən bəhs edilir. Monoqrafiyanın ilk fəsli aqrar-sənaye kompleksinin iqtisadiyyatı və insan amlinə həsr olunub. Sonrakı fəsillərdə isə  müəllif müasir mərhələdə aqrar-sənaye kompleksinin qarşısında duran vəzifələri, regionların sosial-iqtisadi inkişaf problemlərini və Azərbaycanın xarici iqtisadi əlaqələrinin müasir vəziyyətini təhlil edib.