UNEC-in fəxri professoru Mahmud Quluzadənin yeni monoqrafiyası nəşr olunub | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri professoru, sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının dosenti Mahmud Quluzadənin “İnsan amili və Azərbaycan Respublikası qeyri-neft sektorunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi” monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada insan amili, iqtisadi inkişaf və sosial problemlərin uğurlu həllində qeyri-neft sektorunun fövqəladə əhəmiyyətindən bəhs edilir. Monoqrafiyanın ilk fəsli aqrar-sənaye kompleksinin iqtisadiyyatı və insan amlinə həsr olunub. Sonrakı fəsillərdə isə müəllif müasir mərhələdə aqrar-sənaye kompleksinin qarşısında duran vəzifələri, regionların sosial-iqtisadi inkişaf problemlərini və Azərbaycanın xarici iqtisadi əlaqələrinin müasir vəziyyətini təhlil edib.
|
|
04.07.2018 | 15:39 | |
|
|
|