Paytaxt məktəblilərindən ibarət daha 4 komanda “Hazırcavablar” intellektual oyununda iştirak edib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 47, 103, 84 və 127 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət komandalar “Hazırcavablar” intellektual teleoyununda iştirak ediblər. Məktəblilər “Azərbaycan dili”, “Fizika”, “Lütfi Zadə”, “Niyə?” və “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırıblar.

 

İntellektual teleoyunun nəticələrinə əsasən, 47 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

 

“Hazırcavablar” intellektual teleoyununun əsas məqsədi məktəblilərin intellektual səviyyəsini, ayrı-ayrı fənlərə olan marağını və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onları yeni məlumatlar toplamaq üçün axtarışlara sövq etmək, məktəblilərin yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəflərindəndir.

 

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTv-nin birgə layihəsidir.