Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı tələbələr arasında xarici dil biliklərinin inkişaf etdirilməsi istiqamətində açıq havada təlimlərə başlayıb.

 

Universitetdən bildirilib ki, ilk təlim alman dili üzrə keçirilib. Təlimin məqsədi tələbələrin alman dilində danışıq səriştəsinin artırılması,  bacarıqlarının təkmilləşdirilməsi, əldə etdikləri dil biliklərinin inkişaf etdirilməsidir.

 

Təlimin ilk günündə təlimçi - filologiya fakültəsinin III kurs tələbəsi Murad Məmmədov təlim iştirakçılarına alman dilinin qrammatikası, gündəlik danışıqda ən çox  istifadə edilən sözlər haqqında məlumat verib. Tələbələrin  alman dilinin qrammmatikası, yeni sözlərlə  bağlı suallarını cavablandırıb.

 

Qeyd edək ki, təlimlərin həftədə iki dəfə olmaqla, müxtəlif dillər üzrə davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.