Azərbaycan Dillər Universiteti (ADU) nəzdindəki Konfutsi İnstitutu  “Yay məktəbi: Çində təhsil” adlı onlayn seminar keçirib.

 

Konfutsi İnstitutunun direktoru, professor  Rafiq  Abbasov tələbələr arasında Çin dilinə olan maraq və istəklərin artmasından danışıb. Azərbaycan-Çin əlaqələrindən bəhs edən R.Abbasov Çin dilini öyrənməyə artan marağın  Çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqəli  olduğunu bildirib. Konfutsi İnstitutunun tələbələr üçün yaratdığı imkanlardan bəhs edən professor pandemiya dönəmində yaranan məhdudiyyətlərdən də söz açıb.

 

Ötən illərdə  Çində iki həftəlik “Yay məktəbi” layihəsində iştirak edən ADU Çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova öz təcrübəsindən danışıb.  O, bu təcrübədə görülən işlər, Çində gəzdiyi  şəhərlər və əldə etdiyi biliklər haqqında  seminar iştirakçılarına ətraflı məlumat verib. Eyni zamanda  pandemiya dövründə Çində 1 illik təhsil proqramı qazanan  ADU Çinşünaslıq ixtisasının tələbəsi Fəyyaz  Qorçubəyli də öz təcrübəsini anladıb,  1 illik təhsil proqramının qeydiyyat mərhələləri haqqında ətraflı məlumat verib.

 

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.