Zəngilan Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını yadda saxla və riayət et” mövzusunda maarifləndirici görüş keçirilib.

 

Təhsil şöbəsindən verilən məlumata görə, görüş onlayn formatda Zoom platforması üzərindən təşkil olunub.

 

Görüşdə Zəngilan Rayon Gİİ-nin baş məsləhətçisi Qoçaq İmanzadə,  RTŞ-nin məsləhətçisi Rüstəm Aslanov, rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlər və şagirdlər iştirak ediblər.

 

Görüşün keçirilməsində məqsəd şagirdlərə yol təhlükəsiz davranış qaydaları barədə məlumat vermək və yol hərəkəti qaydaları ilə bağlı məktəbliləri maarifləndirməkdən ibarət olub.

 

Tədbirdə Qoçaq İmanzadə çıxış edərək yol təhlükəsizliyi, yol hərəkət nişanları və o cümlədən, yol hərəkəti ilə bağlı vacib qaydaları görüş iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra Rüstəm Aslanov ətrafımızda gündəlik olaraq yol qəzalarının baş verdiyini və bu kimi hadisələrin qarşısının alınması üçün hər birimizin həm piyada, həm də sürücü olaraq yol hərəkəti qaydalarına düzgün riayət etməli olduğumuzu qeyd edib.

 

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Şakir CƏFƏROV