Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) IDEA İctimai Birliyinin təşəbbüsü ilə reallaşdırılan “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə dəstək çərçivəsində növbəti sosial aksiya keçirilib.

 

Aksiya çərçivəsində UNEC tərəfindən 10 min tona yaxın kağız tullantı təkrar emala verilib.

 

Aksiyanın məqsədi ekoloji problemlərə qarşı aparılan mübarizəyə töhfə vermək, kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə, ekoloji balansın saxlanılmasına nail olmaqdır. Eyni zamanda, ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təbliğ etməkdir.