Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası yekunlaşıb.

 

Sessiya müddətində bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1961 tələbə ümumilikdə, 628 imtahanda iştirak edib. Tələbələrin böyük çoxluğunun müvəffəq nəticələr göstərdiyi imtahanlarda cəmi 22 tələbənin akademik borcu qalıb. 4 tələbə isə imtahan sessiyasında iştirak etməyib. Apelyasiya Komissiyasına cəmi 4 müraciət daxil olub.

 

Magistratura səviyyəsində isə 13 qrup üzrə ümumilikdə, 68 imtahan keçirilib. Bütün magistrantların iştirak etdiyi imtahanlarda müvəffəqiyyət göstəricisi qənaətbəxş olub.

 

İmtahanlar başlayan vaxtdan etibarən Qaynar xətt” və Apelyasiya Komissiyası fəaliyyət göstərib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” və gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayıblar. Mövcud reallıqlar nəzərə alınmaqla təşkil olunan imtahan sessiyasında tələbə təşkilatlarının fəal üzvləri də yaxından iştirak ediblər.