İyulun 9-da təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın övladları üçün təşkil edilmiş “Qaliblər düşərgəsi”ndə qonaq olub. 

 

Uşaqlarla səmimi və maraqlı söhbət aparan təhsil naziri ötən tədris ilinin əsas məqamlarından danışıb. İştirakçıları maraqlandıran sualları cavablandıran Emin Əmrullayev onlarla oyunlar da oynayıb.

 

Daha sonra nazir düşərgə iştirakçıları ilə birgə şam edib, onlara “Uşaq ensiklopediyası” bağışlayıb.

 

Qeyd edək ki, "Qaliblər düşərgəsi" “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin  dəstəyi ilə təşkil olunub. Məqsəd şəhid övladlarının intellektual və emosional inkişafına təkan verməkdir.