“Menar Kids School” Uşaq Tədris və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən yay məktəbi çərçivəsində məktəbəqədər yaşlı uşaqlar Azərbaycan Dövlət Aqrar Universiteti ilə tanış olublar.

 

Məqsəd balacalarda aqrar sahəyə və kənd təssərüfatına körpə vaxtlardan marağın oyadılması, gələcəyin mütəxəssislərinin yetişməsi üçün sağlam təməllər atmaqdan ibarətdir.
 

Azyaşlılar  universitetin baytarlıq fakültəsi, Pataloji anatomiya muzeyi, Anatomiya müzeyi, açıq və qapalı balıq yetişdirmə laboratoriyaları, istixana kompleksi, tədris-təcrübə bağı və müasir heyvandarlıq kompleksi ilə tanış edilib.
 

Universitetin professor-müəllim heyəti uşaqlara dövlətin həyata keçirdiyi aqrar siyasət və ali məktəb rəhbərliyinin bu istiqamətdə apardığı işlər haqqında ətraflı məlumat veriblər.