İyulun 6-da təhsil naziri Emin Əmrullayev Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Kestutis Yankauskasla onun ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb. 

 

Görüşdə ötən müddət ərzində Azərbaycan və Avropa İttifaqı arasında təhsil sahəsində həyata keçirilən birgə layihələrə dair fikir mübadiləsi aparılıb. Emin Əmrullayev təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.