“Sağlamlıq elmləri və innovasiyalar” mövzusunda IV beynəlxalq konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon Kongresi) başa çatıb.

 

Onlayn tədbirin təşkilatçıları Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsi, Bölmənin strukturunda fəaliyyət göstərən Molekulyar Biologiya və Biotexnologiyalar, Fiziologiya və Genetik Ehtiyatlar institutlarıdır.

 

Konqresin ilk günündə birinci seksiya üzrə 5, ikinci seksiya üzrə 4, üçüncü seksiya üzrə 5 zalda, tədbirin ikinci günündə isə birinci seksiya üzrə 5, ikinci seksiya üzrə isə 3 zalda Azərbaycan, Türkiyə, İspaniya, Pakistan, Rusiya, ABŞ, İsrail də daxil olmaqla, 18 ölkəni təmsil edən 300-dən çox alim və mütəxəssisin məruzələri dinlənilib.

 

Məruzələrdə  əhalinin sağlamlığı və təhlükəsizliyi məsələləri, onların həlli yolları kimi tibb elminin aktual problemlərinə toxunulub, təkliflər irəli sürülüb. Tibb elminin inkişafına real töhfələr verən məruzələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.