Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində sonuncu  “Açıq qapı” günü keçirilib.

 

Yaz imtahan sessiyasının dördüncü həftəsinin uğurla başa çatmasından bəhs edən MDU-nun rektoru Şahin Bayramov tələbə və magistrantların imtahanlarda yüksək fəallıq nümayiş etdirdiyini, müvəffəqiyyət göstəricilərinin qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdırıb.

 

Ötən həftə ərzində MDU-da Məzun Gününün qeyd edildiyini xatırladan rektor cari tədris ilində universitetdən məzun olan bütün tələbə və magistrantları bir daha təbrik edib və gələcək karyera inkişafı yolunda onlara uğurlar arzulayıb.

 

İmtahan sessiyasının təşkilindən razılıqlarını ifadə edən tələbələr universitet rəhbərliyinin, professor-müəllim və inzibati heyətin göstərdikləri xüsusi diqqətə, həssaslığa görə təşəkkürlərini bildiriblər.