Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun baş mütəxəssisi, karyera və şəxsi inkişaf üzrə təlimçi-ekspert Tofiq Sadıxovun təqdimatında Şəmkirdə “Peşə seçiminin önəmi” adlı interaktiv seminar keçirilib. Seminar “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində baş tutub.

 

Şəmkir Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr  üzrə məsul şəxsi Kənan İbrahimovdan aldığımız məlumata görə, təlimin keçirilməsində əsas məqsəd gənc nəslin, xüsusən də yaxın illərdə məzun olacaq 9-11-ci sinif şagirdlərinin düzgün peşə istiqamətinə yönləndirmək, onların əmək bazarının tələblərinə uyğun kadr kimi yetişməsinə töhfə verməkdən ibarətdir.

 

Təlim zamanı iştirakçılarla birlikdə gələcək təhsil, peşə və karyera imkanları müzakirə olunub. Təlimçi iştirakçıları maraqlandıran suallara cavab verib, onlar tərəfindən söylənilən təkliflərə münasibətini bildirib.

 

Bundan əlavə, tədbir iştirakçılarına gələcəyin peşələri, mövcud imkanlar, peşə seçimində zamanın dəyərləndiriliməsi ilə bağlı mütəxəsis yanaşması haqqında məlumat verilib.

 

Sonda məktəblilərin  seçdikləri və gələcəkdə seçmək istədikləri peşə ilə bağlı fikirləri dinlənilib və onlara mütəxəssis məsləhəti verilib.

                                                                                                                                              

Şakir CƏFƏROV