Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində işçi qaydada ilk görüş keçirilib.

 

Görüşdə tərəfdaş qurumların strateji hədəfləri və fəaliyyət istiqamətləri, əsas ehtiyacları və əməkdaşlıqdan başlıca gözləntiləri, hazırda daha çox tələb olunan ixtisaslar və peşələr, dinamik dəyişən əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, fasiləsiz təhsil, mütəxəssis kadrların ixtisasartırılması, biliklərinin yenilənməsi və qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb, üçtərəfli formatda birgə fəaliyyətə dair müvafiq təkliflər səsləndirilib.

 

Qeyd edək ki, MDU, Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlığın əsası cari ilin 10 iyun tarixində tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə qoyulub.