Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) IV modul üzrə imtahan sessiyasının  ilk “Açıq qapı” günü keçirilib.

 

Universitetdən bildirilib ki, “Açıq qapı”da rektor, professor Ədalət Muradov, UNEC İctimai Nəzarət Şurasının üzvləri- millət vəkili Etibar Əliyev, professor Şahlar Əsgərov, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva və ali məktəbin müvafiq struktur rəhbərləri tələbələrin imtahanla bağlı müraciətlərini dinləyiblər.

 

Tələbələrin istəkləri əsasən apelyasiya müraciətlərinə yenidən baxılması, akademik borca görə güzəştin edilməsi ilə bağlı olub. Müraciətlər dinlənildikdən sonra araşdırılması üçün tapşırıqlar verilib, bəziləri isə yerindəcə həllini tapıb.

 

Xatırladaq ki, UNEC-də imtahan sessiyası dövründə hər həftənin şənbə günü ənənəvi olaraq ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

 

Növbəti “Açıq qapı” iyulun 3-də olacaq.